Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Gənclər Təşkilatının Təşkilatçılığı ilə tələbələr üçün “Avropada karyera və təhsil” mövzusunda seminar keçirilib.
Seminarda aparıcı şirkətlərində mühüm vəzifələrdə çalışan Yusif Əfəndizadə Avropada karyera qurmağın və uğurlu olmağın yollarından danışıb, öz təcrübəsini bölüşüb.
Təhsil Eksperti Elvin Məmmədov isə Avropada təhsil, təqaüdlər, ödənişsiz təhsil haqqında ətraflı məlumat verib, Yusif Məmmədov Avropada hüquqi proseslərdən, avropada biznes qurmağın yollarından danışıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.