×

Xəbərlər

Xəbərlər 17 May 2024
ADNSU-da “Neft zavod qazlarının utilizasiyası” mövzusunda açıq dərs keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Kimya-texnologiya fakültəsinin (KTF) tələbələrinə “Sənaye Təhlükəsizliyi və Əməyin Mühafizəsi” kafedrasınin dosenti Gülşən Mustafayeva tərəfindən “Neft zavod qazlarının utilizasiyası” mövzusunda açıq dərs keçirilib. 

Dərs prosesində “Sənaye təhlükəsizliyi və əməyin mühafizəsi” kafedrasının müdiri, professor Sakit Rəsulov, kafedranın müəllimi İradə Əhmədova və Qaz-neft-mədən fakültəsinin (QNMF) dekan müavinləri Hicran Babayeva və əməkdaşı Zivər Fərzəlizadə iştirak ediblər. 

İnteraktiv formatda keçirilən dərsdə tələbələr fəal iştirak edib, iqlim dəyişikliyinin müxtəlif aspektləri ilə bağlı suallar veriblər. Dərsdə həmçinin, Bərpa olunan enerji mənbələrindən istifadə və beləliklə qlobal istiləşməyə təsiri azaltmaq üçün mümkün tədbirlərə dair qrup müzakirəsi aparılıb. 

Qeyed edək ki, COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən seminarda müvafiq mövzunun seçilməsi tələbələri qlobal iqlim təşəbbüslərində iştirak etməyə hazırlamaq, onları iqlim siyasəti sahəsində mövcud dünya və milli tendensiyalar haqqında məlumatlandırmaq, həmçinin onların ətraf mühitə məsuliyyətli münasibətini inkişaf etdirmək məqsədi daşıyır. 


Paylaş