×

Xəbərlər

Xəbərlər 20 May 2024
ADNSU-da “Sıfır karbon emissiyaları” adlı dəyirmi masa keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Energetika fakültəsinin (EF) təşkilatçılığı ilə 2024-cü ilin “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində “Sıfır karbon emissiyaları” adlı dəyirmi masa keçirilib. Dəyirmi masada ətraf mühitin qorunması, karbon emissiyasının atmosferdə çoxalmasının qarşısının alınması metodları, sənaye fəaliyyətləri və enerji istehlakı, alternativ və bərpa olunan enerjidən istifadənin üstünlükləri kimi mövzular müzakirə olunub, təkliflər səsləndirilib. 
ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova mövzunun aktuallığını qeyd edib və bildirib ki, ətraf mühitin mühafizəsi bu gün təkcə Azərbaycan yox, dünyanın aparıcı dövlətləri qarşısında duran vəcib məslələrdəndir. “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində görüləcək işlərdən, ölkəmiz bu istiqamətdə atdığı əsaslı addımlardan danışan prorektor zamanın çağrışlarına uyğun olaraq ətraf mühitin təşkilində müasir texniki və texnoloji vasitələrin tətbiqinin önəmini də diqqətə çatdırıb. 
Professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədirdə Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev sənaye fəaliyyətləri və enerji istehsalı zamanı ətraf mühitə dəyən ziyan və bunun qarşısnın alınması yollarından danışıb. O, universitetdə, o cümlədən fakültədə bu istiqamətdə görülən işlər, icra olunacaq layihələr və perspektivlərdən bəhs edib, təkliflər səsləndirib. 
Sonra “Enerji istehsalı texnologiyaları” kafedrasının dosenti Fəxrəddin Rəhimov mövzu ilə bağlı təqdimatla çıxış edib. 
Dəyirmi masada mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.


Paylaş