Mayın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) rəhbər heyətin mülki müdafiə toplantısı keçirilib. ADNSU-nun prorektorlarının, o cümlədən professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə Mülki Müdafiə Qərargahının rəisi Elşən Məmmədov mülki müdafiənin insan həyatında, təhlükəsizliyin təmınatındakı rolundan bəhs edib. O, bildirib ki, ADNSU-da mülki müdafiənin təşkili ilə bağlı mütəmadı məşqlər keçirilir və təhlükəsizliyin təminatı hər zaman diqqətdə saxlanılır.
Toplantıda zəlzələ, yanğın və digər fövqəladə hallar zamanı davranış qaydaları, özünümüdafiə, insanların təhlükəsizli, ilikin tibbi yardım və təxliyyə prosesindən bəhs olunub. Bildirilib ki, universitetin Mülki Müdafiə Qərargahı tərəfindən 4 qrup üzrə komandirlər müəyyən olunub və onlara bu barədə təlimat verilib. Davamlı olaraq keçirilən nəzəri və praktiki məşğələlər əməkdaşların hazılıq səviyyəsinin yüksək olması ilə şərtlənib.
Məşğələ zamanı mülki müdafiə komandirləri də öz fəaliyyət istiqamətləri haqqında məlumat veriblər. Mülki müdafiənin yüksək səviyyədə təşkili ilə bağlı təklif və görüləcək işlər diqqətə çatdırılıb.