Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru, t.ü.f.d Elviz İsmayılov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən “Tələbələrin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin (ICPC) 20 illiyinə həsr olunmuş simpoziumda iştirak edib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, “ICPC Azərbaycan” təşkilat komitəsinin nümayəndələri, tələbə komandalarının rəhbərləri, proqramlaşdırma müsabiqəsinin iştirakçıları, müxtəlif illərdə bu müsabiqədə Azərbaycanı təmsil etmiş məzunlar, o cümlədən yerli və beynəlxalq ekspetlər iştirak edib.
Simpoziumda 5 ildən çox aktiv fəaliyyət göstərən komanda məşqçiləri, o cümlədən ADNSU-nun Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru, t.ü.f.d E. İsmayılov xüsusi mükafata layiq görüülüb.
Qeyd edək ki, simpozuim çərçivəsində ICPC hərəkatı, proqramlaşdırma olimpiadalarının İT sənayesinə təsiri və ölkənin rəqəmsallaşmasında rolu mövzularında panel sessiyaları təşkil olunub. Tələbələrin, ümumilikdə isə gənclərin proqramlaşdırma və İT sahəsinə marağının artırılması istiqamətində müzakirələr aparılıb.