×

Xəbərlər

Xəbərlər 21 May 2024
ADNSU-da “İT sferada karyera imkanları” mövzusunda təlim keçirilib

Mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “İT sferada karyera imkanları” mövzusunda təlim keçirilib. 
Təlimçi Fəxri Ağayev əmək bazarında mövcud reallıqlar, rəqabət, müasir iş dünyasının tələbləri, o cümlədən gənclərin uğurlu karyera qurmaları yolunda İT sahəsində qarşıya çıxa biləcək problemlər və onların həlli yollarından danışıb. Həmçinin, peşəkar və şəxsi inkişafla bağlı şəxsi təcrübəsini bölüşən F.Ağayev tələbələrə öz üzərində işləməyin, texnologiyaların sürətlə inkişaf edtiyi bir dövrdə bu istiqamətdə bilik və bacarıqları artırmağın  önəmindən danışıb, tövsiyələr verib. 
Təlimdə belə tədbirlərin keçirilməsində əsas məqsədin iş həyatında uğurlu olan peşəkarların təcrübələrini tələbələrlə bölüşmək və onların gələcək fəaliyyətlərinə dəstək olmaq olduğunu deyən F.Ağayev mövzu ilə bağlı tələbələrin çoxsaylı suallarını cavablandırıb.


Paylaş