×

Xəbərlər

Xəbərlər 21 May 2024
ADNSU-nun əməkdaşları beynəlxalq konfransda məruzə ilə çıxış ediblər

Ukraynanın İvano-Frankovsk Milli Texniki Neft və Qaz Universitetində "Müasir Dəyişikliklər və Çağırışlar Şəraitində Mürəkkəb Sosial-İqtisadi Sistemlərin Davamlı İnkişafı" adlı I Beynəlxalq elmi-paktik konfrans keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Menecment” və “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedralarının əməkdaşları - Türkan Şeydai, Nuranə Abbasova, Emiliya  Şahverənova, Növrəstə Həsənova, Dinara Əhmədova və Valeh Cəfərov onlayn formata konfransa qoşularaq məruzələrlə çıxış ediblər.

İki gün davam edən konfransa ayrı-ayrı ölkələrdən çoxsaylı elm adamları qoşulub, mövzu ilə bağlı məruzələr dinlənilib və müzakirələr aparılıb.


Paylaş