×

Xəbərlər

Xəbərlər 21 May 2024
Tələbələr üçün "Motivasiya və uğur" adlı seminar keçirilib

Azərbaycan Dövlət Neft Və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı, İqtisadiyyat və Menecment fakültəsi THİK-nin təşəbbüsü ilə tələbələr üçün "Motivasiya və uğur" adlı seminar keçirilib.

İqtisadiyyat və Menecment fakültəsi THİK-in sədri Elvin Abbasov iştirakçılara seminar haqqında məlumat verdikdən sonra fakültənin dekanı, dosent İlham Rüstəmov belə seminarların keçirilməsinin əhəmiyyətində danışıb və iştirakçılara uğurlar arzu edib. 

Daha sonra təlimçi Dr. Nəcəf Allahverdiyevin tələbələrlə seminarı davam edib. Diskusiya ilə keçirilən seminarda qarşılıqlı müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.


Paylaş