Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri, professor Fariz Əmirli 16-18 may 2024-cü il tarixində İstanbulda Yıldız Texniki Universitetində keçirilən Beynəlxalq konfransda iştirak edib. O, “Qida İnnovasiyası və Davamlılıq” (IFIS2024) mövzusunda keçirilən konfransda məruzə ilə çıxış edib.
Konfransın əsas məqsədi sağlam qida, dayanıqlıq, ətraf mühit mövzusunda olan problemlərin gündəmə gətirilməsi və həlli yolları olub. Təşkilat komitəsinin üzvi olan prof. Fariz Əmirli 4 bölmədən ibarət olan konfransın bir sessyasına rəhbərlik edib.
Qeyd edək k, konfransda dünyanın müxtəlif yerlərindən, o cümlədən ABŞ, İran, Moldova, Ruminiya, Azərbaycan və s. ölkələrdən tanınmış alimlər iştirak edib. Konfransda mövzu ilə bağlı problemlər geniş müzkirə olunub, analiz və təhlillər aparılıb, gələcəkdə bu istiqamətdə atılacaq zəruri addımlar diqqətə çatdırılıb. Mövzunun aktuallığını nəzərə alaraq ayrı-ayrı ölkələrdə də belə konfransların davamlı keçirlməsinin vacibliyi qeyd olunub.