Mayın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “28 May-Müstəqillik Günü”nə həsr olunmuş kitab sərgisi təşkil olunub. Sərgidə 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması və Azərbaycanda dövlətçilik ənənələrinin bərqərər olunmasından bəhs edən nəşrlər, həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı misilsiz xidmətlərindən, Azərbaycan dövlətinin və müstəqilliyinin bərpa olunmasından, qorunmasından bəhs edən 50-dən çox kitab və digər nəşrlər yer alıb.
Sərgi may ayının sonunadək davam edəcək.