Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində Azərbaycan Süni İntellekt Laboratoriyasının (AAILab ) birgə təşkilatçılığı ilə BA proqramının tələbələri üçün “Süni İntellekt ilə yeni dövrə qapı aç” adlı seminar təşkil olunub.
Seminarda AAILab-ın nümayəndələri və BA proqramlarının əməkdaşları çıxış ediblər, tələbələrə süni intellekt haqqında məlumatlar verilib və onlara bu sahədə yaranacaq karyera imkanlarından bəhs edilib.
Seminarda həmçinin, AAILabın nəzdində fəaliyyətə başlayacaq “Süni İntellekt Təlim Mərkəzi” və Təlim proqramı haqqında tələbələrə ətraflı məlumat verilib.
Sonda, Azərbaycan Süni İntellekt Laboratoriyasında təşkil olunan təcrübə proqramları və karyera fürsətləri barəsində tələbələri maraqlandıran suallar cavablandırılıb.