×

Xəbərlər

Xəbərlər 01 Jun 2024
ADNSU-da XV Məzun-Karyera Sərgisi çərçivəsində təlimlər təşkil olunub

Mayın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən XV Məzun-Karyera Sərgisi çərçivəsində aparıcı şirkətlərin mütəxəssisləri tərəfindən tələbələrə müxtəlif mövzularda təlimlər keçirilib. 

Belə ki, “Turan Drilling and Engineering” şirkətinin Əməliyyatlar üzrə meneceri Tomislav Klenkar tərəfindən “Liderlik və gələcəyin peşələri”, “AzerGold” QSC-nin İnsan resursları üzrə biznes tərəfdaşlığı sektorunun müdiri Sitarə Mustafazadə tərəfindən “Uğurlu CV sizin vizit kartınızdır”, “MKT İstehsalat Kommersiya” MMC-nin Araşdırma və inkişaf üzrə mütəxəssis Cavid Şahmuradov tərəfindən “Ağ qızıl illərin bəhrəsidir” mövzusunda təlimlər keçirilib. 

Bundan əlavə, sərgi çərçivəsində “PashaPay” MMC-nin Satış Departamentinin direktoru Elçin Allahverdiyev “Gələcəyin iş imkanları. Müasir təcrübə”, “Azerbaijan Fish Farm” MMC-nin İnsan Resurslarının İdarəedilməsi Departamentinin direktoru Nigar Əliyeva “Beynəlxalq satışlar üzrə mütəxəssis” inkişaf proqramı mövzusunda təşkil olunan treninqlər də tələbələr tərəfindən maraqla qarışlanıb.

Təlimlər zamanı şirkət nümayəndələri gənclərə uğurlu karyera qurmağın yolları, müasir peşələr və iş imkanları, yumşaq bacarıqların inkişaf etdirilməsi, öz üzərində işləməyin vacibliyi və liderlik xüsusiyyətlərinin formalaşdırılması haqqında ətraflı məlumat veriblər. Öz zəngin təcrübələrini gənclərlə bölüşən mütəxəssislər sonda tələbələrin suallarını cavablandırıblar.


Paylaş