Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində professor Kəmalə Əliyevanın “Klassik və qeyri-səlis qərar qəbuletmə metodları” monoqrafiyasının təqdimatı keçirilib.
Öncə Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova nışr haqqında iştirakçılara ətraflı məlumat verib.
Tədbirdə ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin (İTİF) dekanı, dosent Fərid Ağayev, ”Cihaz mühəndisliyi” kafedrasının müdiri, professor Lalə Bəkirova, “Elektronika və avtomatika” kafedrasinin müdiri, dosent Akif Əlizadə, ”Kompüter mühəndisliyi” kafedrasının müdiri, dosent Nazilə Rəhimova, “Sabah” qruplarının dekanı Arzu İbrahimova, ”Cihaz mühəndisliyi” kafedrasının müəllimi Aynur Cəbiyeva, kitabın müəllifi, professor Kəmalə Əliyeva, BBA proqramlarının direktor müavini Nigar Adilova və digər əməkdaşlar çıxışlarında kitabın elmi əhəmiyyətindən danışıblar, yüksək keyfiyyətə, nəfis tərtibata malik belə bir monoqrafiyanı bu sahədə mühüm mənbə kimi dəyərləndiriblər.
Qeyd edək ki, “Klassik və qeyri-səlist qərar qəbuletmə metodları” adlı monoqrafiyada əsasən qərar qəbul etmə məsələlərində istifadə olunan Topsis, Vikor, Dematel, Dea, Delfi və digər metodlar və onların qeyri-səlis genişləndirmələri tədqiq olunub və bu metodların müxtəlif problemlərə tətbiqinə aid nümunələr verilib. Klassik və qeyri-səlis qərar qəbuletmə metodlarından iqtisadiyyat, social, idarəetmə, təhsil, tibb, hüquq və digər sahələrdə tədqiqat aparanlar yararlana biləcəklər. 422 səhifədən ibarət monoqrafiya ADNSU-nun nəşridir və 2023-cü ildə çap olunub.