İyunun 3-7-si tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Nigar İsmayılova Erasmus mobillik qrant layihəsi çərçivəsində Avstriyanın Krems şəhərində IMC Tətbiqi Elmlər Universitetində olub.
Səfər universitetin İnformatika ixtisasının kurrikulumu, burada keçirilən fənlər, xüsusi fənlərin təlim metodologiyaları, tələbələrin formativ və summativ qiymətləndirilmələri üçün tətbiq olunan yanaşmaların öyrənilməsi, kompüter elmləri istiqamətində ADNSU ilə IMC Tətbiqi Elmlər Universitetinin əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə həyata keçirilib.
Səfər müddətində dosent N.İsmayılova İnformatika ixtisasında bakalavr tələbələri üçün tədris olunan “Maşın öyrənməsi” və “Kibertəhlükəsizlik” dərslərində iştirak edib. IMC Tətbiqi Elmlər Universitetinin Rəqəmsallaşdırma və İnformatika İnstitutunun tədqiqat layihələrinin təqdimatında iştirak edib, institutun əməkdaşları ilə kompüter elmləri, süni intellekt və onların tətbiqi istiqamətində birgə elmi və təhsil layihələrinin işlənməsi imkanlarını müzakirə ediblər.