×

Xəbərlər

Xəbərlər 11 Jun 2024
Azİİ e-Kitab Evində növbəti kitab təqdimatı keçirilib

 İyunun 11-də Azİİ e-Kitab Evində “Azərbaycanın elm xadimləri” seriyası adı altında kimya elmləri doktoru, ”Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının professoru, “Əməkdar müəllim” Minirə Ağahüseynovanın həyatı, pedaqoji fəaliyyətinə həsr olunmuş biblioqrafik göstəricinin təqdimatı keçirilib. 
Təqdimat mərasimində açılış nitqi ilə çıxış edən Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova kitab haqqında ətraflı məlumat verib və biblioqrafik göstəricinin alimin əmək fəaliyyətinin 50 illiyi münasibətilə nəşr olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Təqdimatda iştirak edən Kimya üzrə elmlər doktoru, akademik, AMEA-nın həqiqi üzvü, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov, ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Elmi işlər üzrə prorektour, professor Lətafət Qardaşova, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov, “Ümumi və tətbiqi riyaziyyat”kafedrasının müdiri, professor Araz Əliyev, KTF-nin dekanı, professor Sevinc Məmmədxanova, NMF-nin professoru İbrahim Həbibov, Eimi İşlər üzrə prorektorun müavini, professor Qəhrəman Həsənov, “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının müdiri, professor Yunis Qəhrəmanlı, ”Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri, professor Fariz Əmirov, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, professor Arif Əfəndi və kafedranın digər əməkdaşları professor Minirə Ağahüseynovanı əmək fəaliyyətinin 50 illiyi münasibəti ilə təbrik edib, kimya və qeyri-üzvi maddələrin texnologiyası sahəsində çalışan  alimlər, mütəxəsislər, tələbələr və geniş oxucu kütləsi üçün faydalı olan iş həyatından danışıblar. 
Qeyd edək ki, biblioqrafik göstərici Azİİ e-Kitab Evi tərəfindən hazırlanıb və ADNSU-nun mətbəəsində çap olunub, 2024-cü ilin nəşridir. . Kitab yüksək keyfiyyətə və nəfis tərtibata malikdir. Biblioqrafiyada alimin həyat və yaradıcılığının əsas tarixləri, çap olunmuş əsərləri, məqalələri, tezis və çıxışları yer alıb. Göstərici alimin əmək fəaliyyətinin 50 illiyi münasibəti ilə çap olunan yubiley nəşridir.Əsasən  kimya və qeyri-üzvi maddələrin texnologiyası sahəsində çalışan  alimlər, mütəxəsislər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Paylaş