×

Xəbərlər

Xəbərlər 11 Jun 2024
ADNSU-da tələbələr COP29 çərçivəsində ağac əkiblər

İyunun 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Yüksəliş" müsabiqəsinin mentorluq proqramının iştirakçısı olan tələbələr COP29 çərçivəsində universitetdə ağac əkiblər.  
Universitetin yaşıllıq sahəsində əkilən ağac üzərində “Yüksəliş” yazılan məlumat lövhəsi vurulub. 
Qeyd edək ki, tələbələrimizin bu təşəbbüsü yaşıllıq ərazilərimizin artırılmasına, habelə bu il ölkəmizdə keçiriləcək beynəlxalq səviyyəli COP29 Konfransına dəstək məqsədi daşıyır.


Paylaş