×

Xəbərlər

Xəbərlər 10 Jun 2024
ADNSU-nun “Kompüter mühəndisliyi” kafedrasının təşkilatçılığı ilə “İnformasiya Texnologiyalarının Trendləri” adlı Beynəlxalq Elmi Konfrans keçirilib

İyunun 7-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Kompüter mühəndisliyi” kafedrasının təşkilatçılığı ilə COP29 çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-illiyinə həsr olunmuş “İnformasiya Texnologiyalarının Trendləri” adlı Beynəlxalq Elmi Konfrans keçirilib. 

Konfransıda açılış nitqi ilə çıxış edən ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova konfrans haqqında iştirakçılara məlumat verdikdən sonra müasir dövrdə belə konfransların keçirilməsinin əhəmiyyətindən bəhs edib. 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Elmir Vəlizadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar idarəsinin şöbə rəisi Rəşad Allahverdiyev, Rəqəmsal İqtisadiyyat şöbəsinin rəisi Xəyalə Fətullayeva, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rauf Cabbarov, Prosol şirkətinin sədri Babək Ağayev, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov, ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin (İTİF) dekanı, dosent Fərid Ağayev, “Kompüter mühəndisliyi” kafedrasının müdiri, dosent Nazilə Rəhimova çıxış edərək bildiriblər ki, müasir dövrdə İnformasiya texnologiyaları miqyası, həcmi və mürəkkəbliyi baxımından bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir. Qarşıda bizi süni intellekt, robot-avtomobillər, nanotexnologiya, biotexnologiya və s. daxil olmaqla ən geniş sahələrdə heyrətamiz texnoloji sıçrayış gözləyir.

Çıxışlarda o da qeyd edilib ki, COP 29 çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-illiyinə həsr olunmuş “İnformasiya Texnologiyalarının Trendləri” adlı Beynəlxalq Elmi Konfransın keçirilməsində əsas məqsəd xarici mühitlə daimi qarşılıqlı əlaqədə, real vaxt rejimində intellektual sistemlər tərəfindən idarə olunan tam avtomatlaşdırılmış rəqəmsal istehsala keçidi təmin edən “İnformasiya Texnologiyalarının Trendləri”nin üstünlüklərini araşdırmaq, “Avtomatlaşdırma və robot texnikasında yeniliklər”, “Böyük verilənlər”, “Yaşıl texnologiyalar”, “Kiber təhlükəsizlik sistemləri”, “Rəqəmsal dünya yenilikləri”ni ictimaiyyətə təqdim etməkdir.

Plenar sessiyalarla 3 gün davam edən konfransın ADNSU-da bağlanış mərasimi keçirilib, müzakirələr və nəticələr qənaətbəxş hesab edilib.


Paylaş