×

Xəbərlər

Xəbərlər 13 Jun 2024
Azİİ e-Kitab Evində 15-iyun Milli Qurtuluş gününə həsr olunmuş kitab sərgisi təşkil olunub

İyunun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində 15 İyun - Qurtuluş Gününə həsr olunmuş kitab sərgisi təşkil olunub.

Sərgidə dahi rəhbər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, həmçinin Azərbaycanı parçalanmaqdan, dövlətçiliyi məhv olmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən qurtarmasından bəhs edən kitablar nümayiş olunub. Sərgidə həmçinin, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyası, sosial, iqtisadi, elmi və mədəni həyatındakı hadisələri əks etdirən 60-dən çox kitab və digər nəşrlər yer alıb. Sərgi iyunun  25-dək davam edəcək.


Paylaş