İyunun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və UFAZ-ın “Yaşıl dünya səfirləri” “Yaşıl universitet” layihəsi çərçivəsində “Eko Park” İnnovasiya Mərkəzində ekskursiyada olublar.
Bir müddət əvvəl 2024-cü ilin Azərbaycan Respublikasında "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsini və cari ildə ölkəmizin paytaxtında Azərbaycan Respublikasının BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini nəzərə alaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İşçi Qrupu yaradılıb.
Qeyd edək ki, İşçi Qrupun təşkiatçılığı ilə il ərzində bir neçə layihənin icrası nəzərdə tutulub. COP29 və "Yaşıl dünya naminə həmrəylik ili"nə dəstək məqsədi ilə könüllü tələbələrdən ibarət “Yaşıl dünya səfirləri” İşçi Qrupun təşkilatçılığı ilə “Eko Park” İnnovasiya Mərkəzində ekskursiyada olublar. Mərkəzin direktoru Tahir Şıxəliyev, rəis müavini Emil Avazov və şöbə müdiri İlkin Şəfiyev parkın yaradılması, buradakı yaşıllıqlar haqqında tələbələrə ətraflı məlumat verib. Əvvəllər neft ərazisi olan parkın belə zəngin yaşıllq zonasına çevrilməsi, hətta nadir bitkilərin burada olması tələbələrin marağına səbəb olub.