İyunun 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Naxçıvan Muxtar Respublikası-100” adlı kitab sərgisi təşkil olunub.
Sərgidə Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı, Naxçıvanın tarixi və xanlıqları, arxeologiyası, təbiəti, tarixi şəxsiyyətləri, ziyalıları və digər uyğun mövzularda Azərbaycan və digər dillərdə 30 yaxın nəşrlər nümayiş olunur.
Sərgi iyun ayının sonunadək davam edəcək.