×

Xəbərlər

Xəbərlər 25 Jun 2024
UFAZ-ın 40 tələbəsi Fransanın Strasburq Universitetində yay məktəbində iştirak edəcək

İyunun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edəcək Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri ilə görüşüb. Dosent Vazeh Əskərov Strasburqda təşkil olunan yay məktəbinin gənclərin inkişafı üçün mühüm əhəmiyyətindən danışıb, həmçinin tələbələrə yay məktəbində iştirakla bağlı öz tövsiyələrini verib, yüksək göstəricilərə malik tələbələrin ölkəmizi, o cümlədən universiteti layiqincə təmsil edəcəklərinə ümidvar olduğunu deyib.

Tələbələrlə birlikdə Strasburqa yola düşəcək nümayəndə heyətini təqdim edən UFAZ-ın İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova yay məktəbi və qaydalar haqqında məlumat verib.

Tələbələrin səfər proqramı haqqında danışan UFAZ-ın baş katibi Elizaveta Bydanova onların iki həftə müddətində keçiriləcək yay məktəbi ərzində tələbələrin iştirak edəcəkləri dərslər və görüşlər haqqında, eləcə də qaydalar haqqında məlumat verib. Qeyd edək ki, UFAZ-ın 40 tələbəsi iyunun 29-dan iyulun 13-dək Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edəcək. Yay məktəbinin proqramına dil kursları, müxtəlif ekskursiyalar daxildir.

 


Paylaş