×

Xəbərlər

Xəbərlər 28 Jun 2024
ADNSU-nun “Yaşıl dünya səfirləri” sertifikat alıblar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən XV Məzun-Karyera Sərgisində, o cümlədən COP29 çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edən tələbələrə sertifikatlar verilib.

Tədbirdə əsasən ADNSU və UFAZ tələbələrindən ibarət olan “Yaşıl dünya səfirləri” könüllülüyün onlar üçün yaratdığı imkanlardan bəhs ediblər.

Qeyd edək ki, “Yaşıl universitet” layihəsinin tərkib hissəsi olan “Yaşıl dünya səfirləri” COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” olması ilə bağlı yaradılıb.


Paylaş