Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dosenti Nigar İsmayılova 17–20 iyun tarixlərində Fransanın Nitsa şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.
“UI Green Metric” təşkilatı tərəfindən təşkil olunan “Ali təhsildə dayanıqlı inkişaf: İnstitutlarımızın və cəmiyyətlərimizin hekayələri” adlı konfransda dünyanın müxtəlif ölkələrindən universitet nümayəndələri iştirak ediblər. Tədbirdə iştirakçılar 2024-cü il üzrə əldə etdikləri nailiyyətləri təqdim edərək, dayanıqlı inkişaf sahəsində ən yaxşı təcrübələrin paylaşılması və yeni əməkdaşlıqların qurulması istiqamətində fikir mübadiləsi aparıblar.
Konfrans çərçivəsində ADNSU-nun dosenti Nigar İsmayılova universitetin dayanıqlı inkişaf sahəsindəki uğurlarını və gələcək hədəflərini haqqında məlumat verib. O, həmçinin “Dayanıqlı inkişaf üçün süni intellekt” mövzusunda çıxış edib.
Qeyd edək ki, belə beynəlxalq tədbirlər ali təhsil müəssisələrinin təcrübə mübadiləsi aparması və qlobal çağırışlara birgə cavab tapması baxımından mühüm əhəmiyyət kəsb edir.