Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində keçirilən Qlobal Dayanıqlı İnkişaf Konqresində iştirak edir.
Səfər çərçivəsində rektor, dosent Rüfət Əzizovla Koç Universitetinin rektoru, professor Metin Sitti arasında görüş keçirilib. Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər birgə elmi tədqiqatların aparılması, dayanıqlı inkişaf sahəsində layihələrin təşviqi, beynəlxalq əlaqələrin genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün yekununda ADNSU ilə Koç Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.