×

Xəbərlər

Xəbərlər 20 Jun 2025
“Sonlu qruplar və onların təsvirləri” adlı beynəlxalq konfrans başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən “Finite groups and their representations” (Sonlu qruplar və onların təsvirləri) adlı beynəlxalq elmi konfrans iyunun 20-də uğurla yekunlaşıb.

ADNSU-nun Riyazi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Türkiyə və digər ölkələrin riyaziyyat sahəsində tanınmış alimləri iştirak ediblər.

Üç gün davam edən tədbir çərçivəsində simmetrik qrup təsvirləri ardıcıllıqları üçün ölçü çoxluqları, Alperin uyğunlaşma teoreminin ümumiləşdirilməsi və tətbiqləri, blokların yönləndirilmiş uyğunlaşma sistemləri, xarakter üçlükləri arasındakı əlaqələr və bloklar arasında funktorial ekvivalentliklər kimi aktual elmi mövzularda məruzələr təqdim olunub.

Panel sessiyalar və elmi müzakirələrlə yadda qalan konfrans iştirakçılar arasında elmi əlaqələrin güclənməsinə və gələcək əməkdaşlıqların qurulmasına şərait yaradıb.


Paylaş