×

Xəbərlər

Xəbərlər 28 Jun 2024
ADNSU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Brain ring” intellektual yarışı keçirilib

İyunun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və “Maqnat” İntellektual Oyunlar Klubunun (İOK) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Brain ring” intellektual yarışı keçirilib. 

17-ci “Brain ring” çempionatında ADNSU-nun 7 fakültəsi, BBA, ZU və SABAH qruplarından, eləcə də Azərbaycan-Fransız Universitetindən, ümumilikdə 10 komanda iştirak edib. 

Yarışda çıxış edən THİK-in sədri Namiq Gəncəyev tələbələrin asudə vaxtlarının səmərəli təşkilində intellektual oyunların əhəmiyyətindən danışıb, ADNSU gənclərinin dünyagörüşlərini və intellektual səviyyələrini yüksək qiymətləndirərək iştirakçılara uğurlar arzulayıb.

Gərgin keçən bilik mübarizəsində UFAZ komandası yarışın qalibi olub. ADNSU-nun BA qruplarının komandası 2-ci, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin  (İTİF) komandası isə 3-cü yeri tutub. 

Sonda yarışın qalibləri  mükafatlandırılıb, hədiyyələr və kubok təqdim olunub.


Paylaş