×

Xəbərlər

Xəbərlər 29 Jun 2024
ADNSU-da cari tədris ilinin son Elmi Şurası keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. Ənənəvi olaraq ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov “Elektromexanika” kafedrasının müdiri, dosent Elbrus Əhmədovu 60 illik yubiley yaşı münsabiəti ilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzu edib. 

Sonra gündəlikdə olan məsələlər şura üzvlərinə elan edilib və gündəlik təsdiq olunub. Elmi katib, dosent Nərminə Əliyeva 2024-2025-ci tədris ili üçün ADNSU-nun Elmi Şurasının iş planı haqqında məlumat verdikdən sonra gündəliyə uyğun olaraq dosent Vazeh Əskərov ADNSU-nun dünya universitetlərinin reytinqində iştirakı (THE) barədə ətraflı çıxış edib. O, bildrib ki, Tədqiqat universitieti olmaq kimi mühüm bir missiyanı hədəfləyən ADNSU dünya unversitetlərinin reytinq siyahısında ön sıralara irəliləməkdə davam edir və yaxın gələcəkdə gözləntilərimiz daha böyükdür. Odur ki, universitetin professor-müəllim heyəti birlikdə - komanda şəklində əlindən gələni əsirgəməməli və hər kəs yüksək nailiyyətlərin əldə olunmasında üzərinə düşən vəzifəni layiqincə icra etməlidir.

İclasda universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov 2023-2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası, Beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova ADNSU-nun dünya universitetlərinin reytinqində iştirakı (QS) barədə hesabatla çıxış ediblər. Bu və ya digər məruzələrdə ADNSU-da cari tədris ilində icra olunmuş işlər, 2024-2025-ci tədris ili üçün fəaliyyət planı və hədəflərdən bəhs olunub. 

Elmi Şuranın iclasında cari tədris ilinin uğurla başa çatması, icra olunan işlər, elmi nailiyyətlər və digər mühüm məsələlər təhlil olunduqdan sonra qənaətbəxş hesab edilib. Dosent Vazeh Əskərov müzakirəyə çıxarılan məsələlərlə bağlı irad və təkliflərini bildirib, çatşımazlıların aradan qaldırılması və görüləcək işlər haqqında tapşırıqlar verib.


Paylaş