×

Xəbərlər

Xəbərlər 12 Jul 2024
ADNSU-da yaz semestrinin imtahan sessiyası başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatıb. 

İmtahan sessiyasında bakalavriat səviyyəsində əyani şöbədə təhsil alan 9601 tələbədən 9430 nəfər imtahanlarda iştirak edib. Onlardan 200 nəfər əla, 1241 əla, çox yaxşı və yaxşı, 4502 nəfər isə qarışıq qiymətlər alıb. Ümumilikdə 5943 nəfəri imtahanları müvəffəqiyyətlə versə də, 3487 tələbə fənlər üzrə kreditləri qazana bilməyib, 171 nəfər tələbə  üzürsüz səbəblərdən imtahanlarda iştirak etməyib.

Ümumilikdə  ADNSU üzrə bakalavriat səviyyəsində əyani şöbə üzrə müvəffəqiyyət göstəricisi 63,0%, keyfiyyət göstəricisi isə 15,3% təşkil edib. 

Bakalavriat səviyyəsində qiyabi şöbədə təhsil alan 125 tələbədən 121 nəfəri imtahanlarda iştirak edib, onlardan 93 nəfəri imtahanları müvəffəqiyyətlə versə də, 28 tələbə fənlər üzrə kreditləri qazana bilməyib. 4 nəfər imtahanlarda əla, çox yaxşı, yaxşı, 89 nəfər isə qarışıq qiymətlər alıb. ADNSU üzrə bakalavriat səviyyəsində qiyabi şöbə üzrə müvəffəqiyyət göstəricisi 76,9%, keyfiyyət göstəricisi isə 3,3% təşkil edib. 

Magistratura səviyyəsində təhsil alan 1347 tələbədən 1247 nəfəri imtahanlarda iştirak edib, onlardan 1124 nəfəri imtahanları müvəffəqiyyətlə versə də, 123 tələbə fənlər üzrə kreditləri qazana bilməyib. Ümumilikdə 88 magitsrant imtahanlarda əla, çox yaxşı, yaxşı, 619 nəfər isə qarışıq qiymətlər alıb. ADNSU üzrə magistratura səviyyəsində müvəffəqiyyət göstəricisi 89,9%, keyfiyyət göstəricisi isə 40,4 %  təşkil edib.

MBA proqramı üzrə təhsil alan 127 nəfər tələbədən 84 nəfəri imtahanlarda iştirak edib, onlardan 74 nəfər imtahanları müvəffəqiyyətlə versə də, 10 nəfər fənlər üzrə kreditləri qazana bilməyib. 1 nəfər magistrant əla,  37 nəfər əla, yaxşı və çox yaxşı, 36 nəfər isə nəfər qarışıq qiymətlər alıb. MBA proqramı üzrə magistratura səviyyəsində müvəffəqiyyət göstəricisi 88,1%,  keyfiyyət göstəricisi isə 45,2% təşkil edib.

SABAH qruplarından II və III kurslarda təhsil alan 474 tələbənin hamısı iştirak edib. Onlardan 427 nəfəri imtahanları müvəffəqiyyətlə versə də,  47 tələbə fənlər üzrə kreditləri qazana bilməyib. 64 nəfər əla, 228 nəfər əla, yaxşı və çox yaxşı, 134 nəfər isə qarışıq qiymətlər alıb. SABAH qrupları üzrə müvəffəqiyyət göstəricisi 90,1%, keyfiyyət göstəricisi isə 61,6%  təşkil edib.

Qeyd edək ki, cari il ADNSU-da yaz semestrinin imtahan sessiyası qiyabi şöbədə mayın ikinci yarısından, əyani şöbədə isə mayın 31-dən başlayıb.

ADNSU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. Şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzi tərəfindən imtahan prosesinə nəzarət olunub.


Paylaş