×

Xəbərlər

Xəbərlər 18 Jul 2024
Azİİ e-Kitab Evinə “EBSCO Discovery Service”dən ödənişsiz istifadə imkanı verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evinin oxucuları üçün Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində (Az.KİK) “EBSCO Discovery Service”in (EDS) xidmətlərindən ödənişsiz istifadə imkanı yaradılıb. Sistemdən  ADNSU-nun professor-müəllim,tələbə heyəti, gənc tədqiqatçılar və Azİİ e- Kitab Evinin oxucuları yararlana biləcəklər. 

 Qeyd edək ki, “EBSCO Discovery Service”- xarici nəşrlərdən alınan məqalələr və biblioqrafik məlumatlar üzrə axtarış aparmağa imkan verən, təşkilatın lisenziyalı giriş (satın alınmış, abunə olunmuş resurslar, xarici təchizatçıların sınaq üçün istifadəyə verdiyi resurslar) imkanı olan sənədlərin tam mətnlərinə elektron formada daxil olmağı təmin edən kompleks inteqrasiya olunmuş axtarış sistemidir. Sistem müxtəlif təchizatçılar, nəşriyyatlar, platformaların açıq giriş rejimində mövcud olan yüzlərlə resurs paketini universitet üçün xüsusi məhdudiyyətlər olmadan indeksləşdirir. Bununla da tələbələr, müəllimlər və alimlər dünyanın nəhəng elmi informasiya mənbələri ilə işləmək imkanı əldə edəcəklər.

 “EBSCO Discovery Service”- axtarış sisteminə Azİİ e- Kitab Evinin səhifəsi üzərindən daxil olmaq mümkündür.


Paylaş