×

News

News 14 Aug 2024
ADNSU-nun 26 məzunu dövlət proqramı əsasında dünyanın nüfuzlu universitetlərində təhsil alacaqlar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 26 nəfər məzunu dünyanın bir sıra nüfuzlu universitelərində dövlət proqramı əsasında təhsil hüququ qazanıblar. Belə ki, “2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində məzunlarımız Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Almaniya Federativ Respublikası, Niderland Krallığı, Kanada, İsveç Krallığı, İtaliya Respublikası kimi ölkələrin University of Maryland, University of Texas at Austin, University of Bristol, Cardiff University, Queen Mary University of London, University of Manchester, University of Minnesota, University of Aberdeen, Polytechnic University of Turin və digər universitetlərində  təhsil alacaqlar.


Share