×

News

News 16 Aug 2024
Bu il Dövlət proqramı ilə xaricdə təhsil alacaq gənclər arasında 55 nəfər məzunu ilə ADNSU ölkədə liderdir

2024-2025-ci tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 55 nəfər məzunu dünyanın bir sıra nüfuzlu universitetlərində Dövlət proqramı əsasında təhsil hüququ qazanıb. Dövlət proqramı əsasında xaricdə təhsil alacaq gənclərdən 26 nəfəri ADNSU-nun, 29 nəfəri isə ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-ın məzunudur. O cümlədən, uğurlu məzunlarımızın 7 nəfəri Hökümətlərarası təqaüd proqramı ilə xarici ölkələrdə təhsil almaq şansı qazanıb. 2024-2025-ci tədris ilində ölkəmizdən Dövlət proqramı ilə xaricdə təhsil alacaq 500 tələbənin 11 faizini təşkil edir və bu da yerli ali təhsil müəssisələri arasında sayına görə ən yüksək göstəricidir. 

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-ci illər üçün Dövlət proqramı çərçivəsində məzunlarımız Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Almaniya Federativ Respublikası, Niderland Krallığı, Kanada, İsveç Krallığı, İtaliya Respublikası kimi ölkələrin University of Maryland, University of Texas at Austin, University of Bristol, Cardiff University, Queen Mary University of London, University of Manchester, University of Minnesota, University of Aberdeen, Polytechnic University of Turin və digər universitetlərində təhsil alacaqlar.


Share