×

News

News 28 Aug 2024
ADNSU-ya bakalavr pilləsi üzrə ilk mərhələdə rekord sayda tələbə qəbul olub

2024/2025-cü tədris ili üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavriatura pilləsinə 3805 plan yerinə ilkin mərhələdə rekord sayda - 3708 tələbə qəbul olunub və ümumi qəbul planı 97.5% təşkil edib. Bundan əlavə, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) də rekord nəticə əldə olunub - 190 plan yerinə 186 nəfər qəbul olaraq tələbə adını qazanıb.

ADNSU-ya qəbulun son illər üzrə statistikasına diqqət yetirsək artan tendensiyanın şahidi olarıq: 

2021/2022-ci tədris ilində - 2820 nəfər; 

2022/2023-cü tədris ilində – 3372 nəfər;

2023/2024 – cü tədris ilində - 3405 nəfər;

2024/2025 – ci tədris ilində - 3708 nəfər. 

Ötən illə müqayisədə ADNSU-ya 9% artıq - 303 nəfər çox, 3 il əvvəlki göstərici ilə müqayisədə 31,4% artıq - 888 nəfər daha çox tələbə qəbul olub. 

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə yerləşdirməsinin ilkin nəticələri avqustun 22-də elan olunub. Boş qalmış yerlərə ixtisas seçimi 28 avqust-2 sentyabr tarixlərində həyata keçiriləcək. Eyni zamanda, abituriyentlər avqustun 28-dən sentyabrın 6-dək universitetə gəlmədən - elektron qaydada portal.edu.az platforması üzərindən qeydiyyatdan keçəcəklər.


Share