×

Xəbərlər

Xəbərlər 31 Aug 2024
ADNSU-nun layihəsi Pakistanda 800 komanda arasında 1-ci yerə layiq görülüb

Avqustun 27-də Pakistanın İslamabad şəhərində NUST-un sosial sahibkarlığın təşviqi üzrə qabaqcıl təşəbbüsü olan İnnovativ və Yaradıcı Həllərin Tapılması istiqamətində Böyük Final yarışı keçirilib.

Yarışda ölkəmizi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ABC adlı komanda üzvləri Fərid Şıxıyev və Aidə Adıgözəlova təmsil ediblər. ABC komandasının eyni adda olan layihəsi 30 fərqli universitet və kollecdən, milli və beynəlxalq qurumların təmsilçilərindən ibarət 800 layihə içərisində birinci yerə layiq görülüb.


Paylaş