Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) QNMF-nin Neft-qaz mühəndisliyi kafedrasının dosenti İnqlab Əliyev Ufa Dövlət Neft Texniki Universitetində (UDNTU) olub. Səfər çərcivəsində İnqlab Əliyev UDNTU-nun tədris binasında yerləşən elmi laboratoriyalar, həmçinin tələbələrin praktiki dərsləri üçün təşkil edilən neft və qaz quyularının qazma zonalarında yaradılan şəraitlə tanış olub.
UDNTU-nun Neft-qaz yataqlarının işlənməsi və istismarı kafedrasının təşkilatçılığı ilə keçirilən elmi-seminarda iştirak edən İ.Əliyevin UDNTU-da keçirlən görüşlərdə gələcəkdə birgə elmi məqalər üzərində işləmək və onların yüksək indeksli jurnallarda dərci, həmçinin ADNSU və UDNTU arasında mövcud əməkdaşlığa əsasən tələbə və doktorantların müştərək görəcəyi elmi tədqiqatlar və universitetlərin elmi potensialının artırılması naminə görüləcək işlərdən bəhs olunub.