Azərbaycan Dövlət Neft və Sənaye Universiteetində (ADNSU) 2024-2025-ci tədris ili üzrə fəlsəfə və elmlər doktoru proqramı üzrə doktorant və dissertantların qəbulu davam edir.
Belə ki, fəlsəfə və elmlər doktoru üzrə təhsil almaq üçün cəmi 387 nəfər qeydiyyatdan keçib. Onlardan 4-nəfər elmlər doktoru üzrə, 383 nəfəri isə fəlsəfə doktoru üzrə portaldan qeydiyyatdan keçib.
2-4 sentyabr tarixlərində keçirilən fəlsəfə imtahanına 239 nəfər buraxılıb, onlardan 182 nəfər müvəffəqiyyət qazanaraq 9-10-11 sentyabr tarixlərində keçirilən ixtisas imtahanlarında iştirak etmək hüququ əldə edib. Ümumilikdə ixtisas imtahanlarında fakültələr üzrə 182 nəfər iddiaçı iştirak edib və imtahanlar sentyabrın 11-də yekunlaşır.