Sentyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təkrar ali təhsil üzrə qəbul olunmuş tələbələrlə görüş keçirilib. Görüşdə universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov və “Ömürboyu Təhsil Mərkəzinin” direktoru, dosent Hamlet Hüseynov çıxış edərək tədris prosesi və dərslərin təşkili haqqında məlumat veriblər. Sonda tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, 2024/2025-ci tədris ilində ADNSU-da Təkrar ali təhsilə 444 nəfər qəbul olub.