×

Xəbərlər

Xəbərlər 16 Sep 2024
Azİİ e-Kitab Evində “Bilik Günü”nə həsr olunmuş “Yeni nəşrlər” adlı kitab sərgisi təşkil olunub

Sentyabrın 16-da yeni tədris ilinin başlanması ilə əlaqədar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində fonda daxil olan yeni nəşrlərin sərgisi təşkil olunub. Sərgidə 2023/2024-cü tədris ilində kitab evinə daxil olmuş müxtəlif elm sahələrini əhatə edən dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, avtoreferatlar, dissertasiyalar, iqtisadi, statistik göstəricilər, jurnallar və digər materiallar nümayiş olunur. Kitablar texniki, bədii, ictimai-siyasi sahələri əhatə etməklə Azərbaycan, rus və ingilis dillərindədir.

         Ümumilikdə sərgidə müxtəlif sahələrə aid 100 kitab, 99 avtoreferat, 14 dissertasiya və 20 jurnal sərgilənir. Sərgi zamanı universitetin professor-müəllim və tələbə heyətinə kitab evinin resursları, eləcə də giriş imkanları, mövcud olan beynəlxalq elektron bazalar, nəşriyyatlar və onların resursları haqqında geniş məlumatlar verilir.

“Bilik Günü”nə həsr olunmuş “Yeni nəşrlər” sərgisi sentyabrın 20-ə qədər davam edəcək.


Paylaş