Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 13 nəfər tələbəsi “Turan Drilling & Engineering” şirkətinin elan etdiyi təqaüd proqramına ən uyğun namizəd seçilib. Şirkətin elan etdiyi 13 təqaüd və təcrübə yerinin hamısını, bir nəfər UFAZ tələbəsi olmaqla ADNSU gəncləri qazanıblar. Belə ki, müxtəlif fakültələrdən 8 tələbə şirkətin təqaüd proqramını, 3 tələbə ödənişli Yay təcrübəsini və 2 nəfər tələbə isə ilboyu təcrübəni qazanıblar.
Qeyd edək ki, “Turan Drilling & Engineering” şirkətinin hər il elan etdiyi Yay təcrübə və təqaüd proqramlarında, eyni zamanda şirkətin universitetlə birlikdə təşkil etdiyi seminarlarda ADNSU tələbələri aktiv iştirak ediblər.
Tələbələrimizin hər birini təbrik edir, onlara gələcək karyeralarında uğurlar arzulayırıq.