×

Xəbərlər

Xəbərlər 23 Sep 2024
Satbayev Universitetinin nümayəndələri ADNSU-da olub

19-20 sentyabr tarixlərində Qazaxıstanın K.Satbayev adına Milli Elmi Tədqiqat Universitetinin Energetika və Maşınqayırma İnstitutunun direktoru, professor Elemesov Kasım Koptleuyeviç və direktor müavini, dosent Başkanbayeva Dinara Jumabayeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) işgüzar ezamiyyətdə olublar.

ADNSU ilə əməkdaşlıq çərçivəsində universitetə gələn qonaqlar müştərək icra olunacaq layihələr, tədris proqramları və görülmüş işlərlə tanış olublar. ADNSU-nun prorektorları ilə, həmçinin Təcrübə bölməsinin təşkilatçılığı ilə müvafiq kafedra və dekanlıqlarla keçirilən görüşlərdə perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb, yeni hədəflərdən bəhs olunub.


Paylaş