×

Xəbərlər

Xəbərlər 25 Sep 2024
ADNSU-da birinci kurslarla görüşlər keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) birinci kursa qəbul olmuş tələbələrlə görüşlər keçirilib.

Tələbə adını qazanmış gəncləri təbrik edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov onlara uğurlar arzu edib. Ölkə sənayesi üçün, iqtisadiyyatın inkişafı üçün yüksəkixtisaslı kadrlar yetişdirən ADNSU-da gənclərin təhsil alması üçün yaradılan şəraitdən və tədris mühitindən danışan dosent Vazeh Əskərov tələbələri tədris müddətində fəal olmağa və universitetin yaratdığı təhsil fürsətindən maksimum faydalanmağa səsləyib.

Görüşdə müvafiq fakültələrin dekanları - Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev, Kimya texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova, Energetika fakultəsinin dekanı, dosent Aydın Əliyev, Qaz-neft-mədən fakültəsinin dekanı, professor Elman İskəndərov, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) dekanı, dosent Fərid Ağayev, Neft-mexanika fakültəsinin dekanı, dosent Əlihikmət Əhmədov, İqtisadiyyat və menecment fakültəsinin (İMF) dekanı, dosent İlham Rüstəmov, həmçinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev çıxış edərək fakültələr, onların fəaliyyət istiqamətləri haqqında, eyni zamanda universitetdə fəaliyyət göstərən mərkəzlərin fəaliyyəti, xüsusi dərnək bölmələri, tələbə mobilliyi və digər bu kimi məsələlər haqqında ətraflı məlumat veriblər.

Görüşlərdə tələbələri maraqlandıran suallar cavablandırılıb. 


Paylaş