Sentyabrın 27-də Azərbaycan Respublikasının hər yerində 44 günlük Vətən müharibəsində canından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində də “27 sentyabr Anım günü” adlı kitab sərgisi təşkil edilib. Sərgidə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətindən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizdən, eləcə də ADNSU-nun şəhid məzunlarından bəhs edən 60-dan çox kitab yer alıb. Bundan əlavə, şəhidlərimizə həsr olunmuş vətənpərvərlik mövzusunda nəşrlər, dövri mətbuatda yayımlanan materiallar da sərgidə öz əksini tapıb.