×

Xəbərlər

Xəbərlər 10 Oct 2024
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Londonda QS şirkətinin baş icraçı direktoru ilə görüşüb

Oktyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent Vazeh Əskərov “Quacquarelli Symonds (QS) şirkətinin baş icraçı direktoru Cessika Terner və QS-nin Analitika və Qiymətləndirmə şöbəsinin rəhbəri Ley Kamolins ilə görüşüb. 

Dosent Vazeh Əskərovun “Dünya Akademik Sammiti”ndə iştirak üçün Birləşmiş Krallıqğa rəsmi səfəri çərçivəsində Londondakı QS mərkəzində keçirilən görüş zamanı tərəflər ADNSU-nun qlobal mövqeyini möhkəmləndirmək və mühəndislik sahəsindəki töhfələrini artırmaq məqsədilə gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə tərəflər bu əməkdaşlıqdan yararlanaraq akademik mükəmməlliyi və innovasiyanı gücləndirməyi hədəfə aldıqlarını qeyd ediblər.


Paylaş