×

News

News 15 Oct 2024
Azİİ e -Kitab Evində 18 Oktyabr “Müstəqilliyin bərpası günü”nə həsr olunmuş kitab sərgisi keçirilir

Oktyabrın 14-dən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində 18 oktyabr “Müstəqilliyin bərpası günü”nə həsr olunmuş kitab sərgisi təşkil olunub.

   Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, həmçinin Azərbaycan dövlətinin və  müstəqilliyinin bərpa olunmasından, qorunmasından bəhs edən kitablar yer alıb. Ümumilikdə sərgidə Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatındakı hadisələri əks etdirən 30-dan çox  kitab və digər dövri nəşrlər də nümayiş olunub.

 


Share