×

News

News 15 Oct 2024
ADNSU-da “Zəfər Günü tariximizin şanlı səhifəsidir” adlı açıq dərs keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Humanitar fənlər" kafedrasının dosenti Yaşar Əhmədov dərs zamanı tələbələrə Azərbaycanın zəfər tarixindən, o cümlədn Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin, əbədi Zəfərin Azərbaycan tarixindəki misilsiz əhəmiyyətindən danışıb. O bildirib ki,  bu zəfərlə Azrbaycan təkcə döyüş meydanında qələbə qazanmadı, həm də dünyada öz qüdrətini bir daha sübut etdi. 

Azərbaycan xalqına bu qələbə sevincini yaşadan şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacağını deyən dosent Y.Əhmədov Azərbaycanın zəngin tarixindən də bəhs edib, tələbələri maraqlandıran sualları cavablandırıb. 


Share