×

Xəbərlər

Xəbərlər 15 Oct 2024
ADNSU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti mühazirə keçirilib

Oktyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Yaşıl texnologiyalar və bərpa olunan enerji mənbələri” mövzusunda növbəti mühazirə dərsi keçirilib.
Mühazirə dərsində “Kimya texnologiya fakültəsinin (KTF) “Kimya mühəndisliyi” ixtisasının magistr səviyyəsi üzrə “Neft-kimya texnologiyası və Sənaye ekologiyası” kafedrasının müəllimi Nazim Məmmədov tərəfindən keçirilib. 
Mühazirə dərsində tullantıların və karbon emissiyasının azaldılması barədə, eyni zamanda enerji effektivliyindən biokütlənin alınması və külək enerjisindən istifadə haqqında ətraflı məlumat verilib, mühazirədə ölkəmizin xalq təsərrüfatının bütün sahələrinin durmadan inkişaf etməsi ilə əlaqədar istehsal qüvvələrinin yerləşdirilməsində və inkişafında enerji ehtiyatlarının əhəmiyyətindən danışılıb. 
Mühazirə dərsində həmçinin, alternativ enerji ehtiyatlarından səmərli istifadə və yaşıl enerjiyə keçiddə aktual olan məsələlərdən bəhs olunub və  Azərbaycanın işğaldan azad olmuş  ərazilərinə də külək və günəş enerjisinin faydaları barədə açıqlamalar verilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
\


Paylaş