×

News

News 17 Oct 2024
ADNSU-da ARDNF əməkdaşlarının iştirakı ilə infosessiya keçirilib

 

Oktyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində “Azərbaycanda Dayanıqlı İqtisadi İnkişafın Təmin Edilməsində ARDNF-nin Rolu” mövzusunda infosessiya baş tutub.

ADNSU-nun Təcrübə bölməsinin rəhbəri, Səbinə Əliyeva tədbir iştirakçılarını salamlayaraq, öz çıxışında ARDNF tərəfindən təşkil olunan infosessiyaların tələbələr üçün olduqca faydalı və önəmli olduğunu vurğulayıb və Fond ilə uğurlu əməkdaşlığın daha da inkişaf etdiriləcəyini qeyd edib.

Tədbirdə ARDNF-nin Strateji kommunikasiya şöbəsinin mütəxəssisi Jalə Rzayeva, Enerji layihələri departamentinin direktoru Əli Sultanlı və İnvestisiya departamentinin baş treyderi Nəzrin Mansurlu tərəfindən tələbələrə Fondun missiyası, məqsədi, dəyərləri, investisiya fəaliyyəti, maliyyələşdirdiyi ümummilli layihələr, eləcə də, maliyyə bazarlarında baş verən dalğalanmalar və cari vəziyyət haqqında ətraflı məlumat təqdim olunub.

Tələbələrin suallarını cavablandıran ARDNF əməkdaşları onlarla peşakar fəaliyyətləri müddətində qazanılan təcrübələri və öz tövsiyələrini bölüşüblər.


Share