×

News

News 17 Oct 2024
Azİİ e-Kitab Evinin oxucularına “Ebsco Host ”məlumat bazasına 2025- ci il üçün abunəlik təmin olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “Ebsco Host” nəşriyyatının elektron məlumat bazası üzrə abunəliyi həyata keçirir. Məlumat axtarış bazasına 2025-ci il üçün abunəlik təmin olunub və hal-hazırda bazanın elektron resurslarına giriş imkanları mövcuddur. Məlumat axtarış bazasından və onların resurslarından Azİİ e-Kitab Evinin qeydiyyatdan keçən bütün oxucu-istifadəçiləri və ADNSU-nun professor-müəllim heyəti istifadə etmək hüququna malikdirlər.

Qeyd edək ki, “Ebsco Host” elektron platformasının resurslarına Azİİ e-Kitab Evi Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu xətti ilə qoşulub və universitet üzrə həmin bazanın elektron informasiya təminatçısı kimi fəaliyyət göstərir. Abunə müddətində 8516 resenziyalı olmaqla 11000 jurnalın; o cümlədən ictimai, humanitar, kompüter elmləri, mühəndislik (neft, qaz, geologiya və s.), fizika, kimya, riyaziyyat, nəqliyyat və s. kimi sahələr üzrə jurnalların yerləşdiyi verilənlər bazası, 2700-dən artıq kitab və broşur, 510 adda qəzet mənbələri, onların rəqəmsal arxivləri elektron formada ADNSU-nun oxucuları üçün açıqdır.

Ali məktəb kitabxanaları üçün onlayn istinad  sistemi olan “Ebsco Host” akademik informasiya bazasına http://search.ebscohost.com linki vasitəsilə daxil olmaq mümkündür.

Elektron məlumat bazaları ilə əhatəli məlumat almaq istəyənlər Azİİ e-Kitab Evinə, eləcədə library@asoiu.edu.az elektron ünvanına müraciət edib onları maraqlandıran suallara cavab ala bilərlər.

 


Share