×

Xəbərlər

Xəbərlər 22 Oct 2024
ADNSU-da bp Azərbaycanın karyera və təcrübə imkanları ilə bağlı məlumat sessiyası keçirilib

Oktyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  Təcrübə bölməsinin və bp Azərbaycanın təşkilatçılığı ilə 2025-ci il üçün tələbə və məzunların işə qəbul proqramının  məlumat sessiyası keçirilib. 
Məlumat sessiyasında ADNSU-nun Təcrübə bölməsinin rəhbəri Səbinə Əliyeva, əməkdaşlar, həmçinin bp-nin Erkən karyera üzrə baş məsləhətçisi Xədicə İsmayılova, Karyera üzrə məsləhətçi Mehriban Şıxzamanova, Erkən karyera koordinatoru Nəzrin Nağıyeva, Qaz həlləri petrofiziki Fəridə Məmmədxanova, Qaz Petrofizik Vüqar İsmayılov, geoloq Fuad Atakişiyev, mühəndis Namiq Abbasov, baş mexanika mühəndisi Elnur Qədomiv və tələbələr iştirak ediblər.
Görüşdə ümumilikdə şirkət haqqında, bp-nin təcrübə və məzun proqramı, proqrama müraciət qaydaları, seçim prosesi, eyni zamanda təcrübə proqramına qoşulan tələbələr üçün proqramın yarada biləcəyi imkanlar barədə tələbələrə ətraflı məlumat verilib. Bundan başqa tələbələrə bu proqramlarda iştirak etməyin faydalarından danışılıb, şirkət nümayəndələri öz təcrübələrini bölüşüblər. 
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş