×

Xəbərlər

Xəbərlər 23 Oct 2024
Dəvətli professorlar ADNSU-da tələbələr üçün seminar keçib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SABAH qrupları və Aİ Academy-nin birgə təşkilatçılığı ilə bakalavr və magistr tələbələri üçun “Xəstəliyin erkən aşkarlanması üçün genetik və süni intellektə əsaslanan məlumatların təhlili”  mövzusunda seminar keçirilib. 

Seminarda Lüksemburq Biotibbi Sistem Mərkəzinin direktor müavini, “Galcies Biome” şirkətinin baş elmi məsləhətçisi Dr. Evan Williams, Lüksemburq Biotibbi Sistem Mərkəzinin tədqiqatçısı, “Glacies Biome” şirkətinin baş direktoru və təsisçisi Nihat Əliyev mövzu üzrə tələbələrə seminar keçiblər. Seminarda “Genetikanız və ətraf mühitiniz sağlamlığınızı necə formalaşdırır?”, “DNT-mizin hansı hissələri bizi unikal edir?”, həmçinin “Hazırda öz DNT-mizlə nə edə bilərik?” kimi mövzular ətrafında təqdimat keçirilib.

Tədbirdə ADNSU tələbələri ilə yanaşı, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Texniki Universitetinin tələbələri də iştirak ediblər. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

 


Paylaş