Qazaxıstanın Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin 4 nəfər magistr tələbəsi ADNSU-da olub.
Qazaxıstanla əməkdaşlıq memorandumu çərçivəsində tələbə mübadiləsi üzrə ADNSU-da olan Qazaxıstanlı tələbələr Qaz-neft-mədən fakültəsində (QNMF) dərslərdə iştirak edib, universitetin laboratoriyalarında təcrübə keçiblər.
Sonda tələbələrə sertifikatlar verilib.